skip to Main Content
Babasil əməliyyatdan Sonra Niyə Yenidən Yaranır? – Şok Səbəb

Babasil əməliyyatdan sonra niyə yenidən yaranır? – Şok səbəb

Ümumi cərrah, proktoloq Türkan Gündüz bağırsaq problemləri ilə bağlı  ona ünvanlanmış suallara aydınlıq gətirib.

Proktolog.az sözügedən sual-cavabı təqdim edir:

– Babasil xəstəliyi daha çox kimlərdə olur?

– Babasil xəstəliyi ən çox təbii doğum edən xanımlarda olur. Çünki təbii doğuş çətin proses olduğuna görə, bu zaman gücənmə nəticəsində vena damarları genişlənə bilir. Eyni zamanda babasil qəbizlikdən uzun müddət əziyyət çəkən xəstələrdə, ayaqyolunda defekasiya zamanı çox oturan adamlarda daha çox olur.

– Babasili yaradan səbəblər?

– Babasili yaradan tək bir səbəb yoxdur. Onu yaradan səbəblər çox vaxt – qəbizlik, ishal problemi, oturaq həyat tərzidir. Və yaxud acılı-istiotlu yeməklər,alkoqolun qəbulu  bütün bunlar babasili yaradan səbəblərdəndir.

– Uşaqlarda da babsil olurmu?

– Bəli. Uşaqlarda xarici babasil daha çox müşahidə olunur.

– Bunun yaranma səbəbi nədir?

– Yanlış qidalanma. Tualetdə uzun müddət oturmaq. (Ananın başı qarışır yemək bişirməyə və yaxud başqa bir işə, uşaq da saatlarla tualetdə qalır – red.) Bu baxımdan analara övladlarına qarşı daha diqqətli olmağı tövsiyə edirəm.

Bu zaman yerli məlhəmlər istifadə olunur, yaxud dərman vasitəsilə müalicə edirik. Yaxud da bəzi qidalarla tamamilə sağollaşmalı oluruq.

– Basilin əlamətlətləri?

– Qaşınma, qanama, ağrı.

– Babasil xərçəngə çevrilirmi?

– Babasil 99% xərçəngə çevrilmir, 1% isə ehtimal ola bilər. Bu isə kolonoskopik müayinə zamanı araşdırılır və yalnız bundan sonra ehtiyac yaranarsa, əməliyyat edilir.

– Babasil əməliyyatından sonra yenidən babasil yarana bilərmi?

‌ – Bəli. Babasil əməliyyatından sonra xəstə yaşam tərzini dəyişdirmirsə, məsələn, davamlı olaraq oturaq həyat tərzi keçirirsə, suyu az istifadə edirsə, qidalanmasında acılı məhsullardan, alkoqoldan istifadə edirsə, yaxud anal sekslə məşğul olursa (intim yaşam tərzi də düzgün olmalıdır – red.) bu zaman əməliyyatdan sonra yenidən babasil yarana bilər. Bütün bunlara diqqət edən xəstələrdə isə əməliyyatdan sonra yenidən babasil yaranmır. 100% zəmanət isə heç vaxt verilmir.

Back To Top