skip to Main Content
Babasildən əziyyət çəkənlərin Nəzərinə: Əgər Hamiləsinizsə…

Babasildən əziyyət çəkənlərin nəzərinə: Əgər hamiləsinizsə…

Düz bağırsaq xəstəliyi ilə bağlı son zamanlar daha çox qadınlar müraciət edir.

Proktolog.az xəbər verir ki, bu barədə ümumi cərrah, koloproktoloq Türkan Gündüz məlumat verib. Onun sözlərinə görə, bu problemdən əziyyət çəkən kişilər də az deyil:

“Ən çox şikayətlər, bağırsaq sallanması, babasil və anal çat və şişlərlə bağlı olur. Bu daha çox qaadınlarda – təbii doğuş zamanı ortaya çıxır.

Babasil qorxulu xəstəlik deyil. Əgər xroniki hal deyilsə, yeni əmələ gəlmiş babasildirsə, bundan müalicəylə tez bir zamanda yaxa qurtara bilərik.

Praktikam ərzində dəfələrlə müşahidə etmişəm ki, hamiləlik zamanı babasildən əziyyət çəkən xanımlar müalicə olunaraq bundan tamamilə azad olunublar. Vaxtında müraciət edilsə, onlar qeysəriyə yolu ilə doğuşdan azad olar və heç bir problem olmadan təbii doğuş edə bilərlər. Ona görə də, xanımlar bu məsələdə daha diqqətli olmalı və həkimə daha tez müraciət etməlidirlər.

Təbii doğumdan qorxmaq lazım deyil. Artıq qardaş Türkiyədə də qeyrəsiyə ilə bağlı ciddi addımlar atılır və daim diqqətdə saxlanılır. Düşünürəm ki, bununla bağlı ölkəmizdə də ciddi maarifləndirici işlərə geniş yer verilməlidir.

Qeysəriyyə patalogiya olunan zaman edilir. Babasil isə patalogiya deyil. Yəni vaxtında üstünə düşülsə, təbii doğuş edə bilərsiniz. Buna görə də, ən geci hamiləliyin 7-8-ci aylarında həkimə müraciət edilməlidir”.

Back To Top