Bağırsağı təmizləyən 4 ən yaxşı təbii vasitə

14 İyun 2019
Dr. Türkan Gündüz

Bağırsaqların normal fəaliyyəti insan sağlamlığında çox böyük rol oynayır.

Bağırsaqlar pis işləyəndə ziyanlı maddələr vaxtında xaric olunmur və yenidən orqanizmə sovrularaq intoksikasiyaya (zəhərlənmə) səbəb olur. Belə xroniki intoksikasiya bütün orqanizmə ciddi ziyan vurur, orqanizmdə qocalma proseslərini sürətləndirir.

Bağırsaqları təbii şəkildə təmizləmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.

– Alma sirkəsi

Alma sirkəsi bağırsaqlarda faydalı bakteriyaların sayını artırır, bağırsaqlara çox yaxşı antiseptik təsir edir. Qəbizlikdən əziyyət çəkirsinizsə müntəzəm olaraq təbii alma sirkəsi əlavə olunmuş su için.

– Su

Su bütün orqanizmi və o cümlədən bağırsaqları təbii olaraq təmizləyir. Bir çox hallarda məhz suyun az miqdarda qəbulu qəbizliyə səbəb olur.

– Tərəvəz smuziləri

Tərəvəzlərdən hazırlanmış smuzilər qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlara “süpürgə” kimi təsir edir. Tərəvəz şirələri ilə səhv salmayın. Belə şirələr qidalı liflədən məhrumdur.

– Buğda kəpəyi

Buğda kəpəyi bağırsaqlarda həzm olunmur, bağırsaqların fəaliyyətini gücləndirir, müxtəlif ziyanlı maddələri özünə hopduraraq çölə çıxardır. Kəpəyi yeməklər, sıyıqlara, salatlara, qatığa əlavə edə bilərsiniz.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.