skip to Main Content
Bağırsaq Qanaması Xərçəngin əlamətidirmi? – Video

Bağırsaq qanaması xərçəngin əlamətidirmi? – Video

Ümumi cərrah, koloproktoloq Türkan Gündüz bağırsaq qanaxmaları barədə ona ünvanlnan suallara  aydınlıq gətirib.

Proktolog.az sözügedən sual-cavabı təqdim edir:

– Bağırsaq qanaxması törəmə səbəbindən ola bilərmi?

– Bəli. Bağırsaq qanaxması törəmələr nəticəsində də baş verə bilər.

– Bu, necə müəyyən edilir və əlamətləri hansılardır?

– İlk olaraq xəstədə nəcisə getməkdə çətinliklər yaranır, bağırsaq qanaması baş verir. Bu zaman xəstələrə tövsiyəmiz – gecikdirmədən həkim-mütəxəssisə müraciət etmələridir. Yalnız düzgün müayinə edildikdən sonra bunun hansı səbəbdən baş veməsi müəyyən edilə bilər.

– Bu zaman hansı müayinə vacibdir?

– Xüsusi güzgülər – anoskoplar vasitəsilə (əgər düz bağırsaq xərçəngindən sübhələniriksə – red.) baxaraq, biz bu xərçəngi təyin edə bilirik. Əgər törəmə düz bağırsağın yuxarı hissəsindədirsə, mütləq şəkildə rektoskopik, yaxud da kolonoskopik müayinə şərtdir. Yalnız bu müayinələrdən sonra müəyyən olunur ki, burada bağırsaq törəməsi, yaxud bağırsaq xorası var və qanaxmanın səbəbi babasil, anal çat, yoxsa bağırsaq polipidir.

Əgər düz bağırsaq xərçəngi varsa, bağırsağın re-zeksiyasını – əməliyyatını icra edirik və anostomoz, yaxud da stoma qoyuruq.  Bu zaman isə xəstəyə görə individual əməliyyat taksikası seçilir.

Həkimdən tövsiyə: Unutmayın! Erkən qoyulmuş diaqnoz həyatnızı xilas edə bilər. Ona görə də, bu kimi problemləriniz varsa, gecikdirmədən həkim-mütəxəssisə müraciət edin!

Back To Top