skip to Main Content
Bağırsaq Qanaxması Xərçəng əlamətidir? – Həkimdən şok Açıqlama

Bağırsaq qanaxması xərçəng əlamətidir? – Həkimdən şok açıqlama

Mənə daha çox ünvanlanan suallardan biri də bağırsaq qanaxmasının törəmə səbəbindn olub-olmaması ilə bağlıdır. Bildirmək istəyirəm ki,  bəli, bağırsaq qanaxması törəmələr nəticəsində də baş verə bilər.

Proktolog.az xəbər verir ki, bu sözləri ümumi cərrah, koloproktoloq Türkan Gündüz bağırsaq qanaxmaları barədə danışarkən qeyd edib. Həkim bildirib ki, ilk olaraq xəstədə nəcisə getməkdə çətinliklər yaranır, bağırsaq qanaması baş verir:

“Bu zaman xəstələrə tövsiyəmiz – gecikdirmədən həkim-mütəxəssisə müraciət etmələridir. Yalnız düzgün müayinə edildikdən sonra bunun hansı səbəbdən baş veməsi müəyyən edilə bilər.

Xüsusi güzgülər – anoskoplar vasitəsilə (əgər düz bağırsaq xərçəngindən sübhələniriksə – red.) baxaraq, biz bu xərçəngi təyin edə bilirik. Əgər törəmə düz bağırsağın yuxarı hissəsindədirsə, mütləq şəkildə rektoskopik, yaxud da kolonoskopik müayinə şərtdir. Yalnız bu müayinələrdən sonra müəyyən olunur ki, burada bağırsaq törəməsi, yaxud bağırsaq xorası var və qanaxmanın səbəbi babasil, anal çat, yoxsa bağırsaq polipidir.

Əgər düz bağırsaq xərçəngi varsa, bağırsağın re-zeksiyasını – əməliyyatını icra edirik və anostomoz, yaxud da stoma qoyuruq.  Bu zaman isə xəstəyə görə individual əməliyyat taksikası seçilir”.

Həkimdən tövsiyə: Unutmayın! Erkən qoyulmuş diaqnoz həyatnızı xilas edə bilər. Ona görə də, bu kimi problemləriniz varsa, gecikdirmədən həkim-mütəxəssisə müraciət edin!

Back To Top