Bağırsaq və sidik kisəsi xərçəngi riskini azaldan – Məhsul

05 İyul 2019
Dr. Türkan Gündüz

Süd və süd məhsullarının insan orqanizminə faydaları barədə yəgin ki, çox eşitmisiz. Bu məhsullar həm də bir sıra xroniki xəstəliklərin qarşısını alırmış.

Proktolog.az xəbər verir ki, bu qənaətə İspaniyanın Qranada Universitetinin mütəxəssisləri gəlib.

Məlumata görə, süd məhsulları maddələr mübadiləsinin tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D və A vitamini, o cümlədən, zülallar, kalsium, maqnium, fosfor, kalium, sink, selen və iboflavin var.

Süd məhsullarının tərkibindəki mikroelementlər diş və sümükləri möhkəmləndirir, sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.

Uşaqların sümüklərini möhkəmləndirir, yaşlılarda isə əzələlərin yumşalmamasına kömək edir.

Qida rasionuna süd məhsullarının əlavə olunması bağırsaq və sidik kisəsi xərçənginə tutulmaq riskini azaldır. Bundan başqa, süd məhsullarının ikinci tip diabetin inkişaf riskini azaltdığı ehtimal olunur.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.