Başıma gəlməz deməyin: Turkan-gunduz.com xəstəliklər haqqında 3 hissəli xəbər hazırladı

02 Noyabr 2019
Dr. Türkan Gündüz

Turkan-gunduz.com özəl xəstəxanalardan birində ən yayqın xəstəliklərlə bağlı olan 3 hissəli xəbəri elə həkimlərin dilindən, sizlərlə bölüşür:

Bizə ən çox şikayət olunan xəstəlik növlərindən danışa bilərsiniz?

Xəstəliklərin ən yayqın növü “Qastrointestinal” xəstəliklərdir. Təbii ki, saysız çox növləri var. Reflyüs, Mədə qanaxmaları, Qastrit, Qaraciyər xəstəlikləri, Xərçəng növləri və.s

– Bəs bu xəstəliklər insan bədəninin hansı hissəsinidə əmələ gəlir ?

Ağızdan anusa qədər.

Reflyus nədir və əlamətləri nələrdir ?

Reflyus mədə tərkibinin geri, yəni mədə borusuna doğru çıxmasıdır. İlk başlarda qısa və xəsarətsiz olduğu üçün insanlar bunun fərqinə varmır və sonradan pataloji hal alır. Xəstələrin şikayəti mədədə yanma, yemək borusunda xəsarətlər aşkar olunması olur.

Fəsadları sadəcə bunlardır?

Xeyr, yemək borusunun aşağı hissəsində darlıq və ən pis hal olan “Barret ezofaqusu” dur. Bu xəstəliyin daşıyıcılarında qida xəeçəngi ehtimalı digərlərinə görə 50 qat daha çoxdur.

Son olaraq insanlara bu haqda nə demək istəyirsiniz?

Heç kim xəstəlikdən sığortalı deyil, zamanında müainə olaraq bir çox xəstəliyin qarşısını ala bilərsiniz.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.