Bu bitkinin çayı xərçəngin dərmanıdır – Azərbaycanda da var

25 İyun 2019
Dr. Türkan Gündüz

Zəncirotuna Azərbaycan çöllərində də rast gəlinir. Sarı çiçəkləri var. Yazda bol olur.

Proktolog.az Medicina.az-a istinadən xəbər verir ki,  bu bitkinin kökünün tərkibi şiş hüceyrələrini parçalamağa və sağlam hüceyrələri qorumağa qadirdir.

Özü və kökü apteklərdə var. Onları da dəmləyə bilərsiniz. Amma yaxşı olar ki, zəncirotunun kökünü özünüz torpaqdan çıxarıb, təmizləyib, doğrayıb, qurudub bir bankaya yığasınız. İkiillik bitkinin kökü daha effektivdir. O, çeçələ barmağınız naziklikdə olmalıdır.

Alimlər məhz bu bitkinin kökünün müasir kimyaterapiyalardan effektiv olduğunu sübut edib.

Doğradığınız kökləri quru tavada qovurun, sonra üyüdün. Adi çay və ya qəhvə kimi dəmləyin. Bal və ya süd qatıb içmək olar.

Həmçinin zəncirotu kökləri orqanizmi toksin və şlaklardan çox yaxşı təmizləyir, böyrəklərdə və sidik kisəsində duzları yuyub aparır, oynaq xəstəlikləri, podaqra zamanı effektlidir.

Bitkinin çiçəkləri də onlarla xəstəliyin dərmanıdır. Eləcə də ondan mürəbbə hazırlanır.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.