Cavan qalmaq istəyənlərin nəzərinə – Çin resepti

02 Sentyabr 2019
Dr. Türkan Gündüz

Hələ qədim zamanlardan insanlar daha çox yaşamaq və qocalmamaq üçün vasitələr axtarır. Tanınmış israilli həkim-naturopat Meira Avraami 200-dən artıq “əbədi cavanlıq resepti”ni aşkar edib və onların orqanizmə təsirini araşdırıb.

Həkimin sözlərinə görə, belə reseptlərin bir çoxu orqanizmə həqiqətən çox müsbət təsir edir və onu cavanlaşdırır.

Maraqlısı budur ki, müxtəlif xalqlara və zamanlara aid olan reseptlərin bir çoxunda eyni inqrediyentlərin adı çəkilir. Ən çox istifadə olunanlar bunlardır: bal, limon, sarımsaq, sirkə, zeytun yağı, çaxır və zəncəfil.

Doktor Avraami oxucuları onun fikrinə görə ən faydalı “cavanlıq resepti”ndən biri ilə tanış edib. Qədim Çin kitablarında yer alan bu vasitə üçün 100 ml limon şirəsi, 200 q. bal və 50 ml zeytun yağı götürülür, qarışdırılır və hər gün səhər acqarına 1 ç.q. olmaqla qəbul olunur. Qarışığı hər gün fasiləsiz qəbul edə bilərsiniz.

Həkimin sözlərinə görə, bu qarışıq ürək-damar və immun sistemi və həmçinin qaraciyər üçün olduqca faydalıdır, insult və infarktın riskini azaldır, dərinin və saçların vəziyyətinə çox yaxşı təsir edir.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.