skip to Main Content
Dermoid Kist Nədir Və Necə Müalicə Olunur? – Video

Dermoid kist nədir və necə müalicə olunur? – Video

Ümumi cərrah Türkan Gündüz dermoid kist barədə bir sıra suallara aydınlıq gətirib.

Dermoid kist tükün tərsinə bitməsidir. İkinci adı Pilonidal Sinusdur.

Diaqnostik əlamətləri

– Büzdüm nahiyəsində ağrılı şişkinlik;

– Şişkinlik üzərində 1 və ya bir neçə dəlik;

– Dəliyə təziq etdikdə irinli, bəzən qanlı ifrazatın xaric olması.

Pilonidal sinus büzdüm bölgəsində rast gəlməklə yanaşı, qasıq bölgəsində, qoltuq altlarında və göbəkdə də görülə bilər.

Daha çox kişilərdə rast gəlinir.

Diaqnostikası

Pilonidal sinusun və ağırlaşmalarının diaqnozu əksər hallarda klinik olaraq təyin edilir:

Ağırlaşmamış hallarda: büzdüm nahiyyəsində diametri iynə ucundan kibrit çöpü diametrinə qədər dəyişən bir və ya bir neçə dəlik müəyyən olunur, dəliklərdən açıq rəng ifrazat gələ bilir, tük çıxa bilir.

Ağırlaşmış hallarda: ağrılı qızartı, şişkinlik, dəliklərdən irinli ifrazat.

Diferensasiya məqsədi ilə düz bağırsağı və büzdüm sümüyünü yoxlamaq lazımıdır.

Müalicəsi

Müalicə seçimi klinik formasına görə dəyişir.

Kəskin ağırlaşmalarda (abses) təcili olaraq abses drenaj edilir və iltihab söndükdən sonra sinuslar çıxarılır.

Xroniki formada cibləri aradan qaldırmaq üçün müxtəlif üsullar tətbiq olunur:

Lazer texnikası – pilonidal sinusun lazerlə yandırılması: əsasən  ağırlaşmamış hallarda istifadə olunur və yerli anesteziya altında aparılır.

Endoskopik texnika – endoskopla kanala daxil olunur, təmizlənir və divar lazerlə yandırılır.

Cərrahi çıxarma üsulları – sinuslar radikal çıxarılır və yara müxtəlif yollarla müalicə olunur:

Əməliyyat sonrası erkən dövrədə yaranın yaxşı qorunub baxılması, uzun dövrdə isə o bölgənin gigiyenasına diqqət edilməsi lazımlıdır. Əməliyyat sonrası dövrdə ən az iki il müddət ilə bölgə təraş edilməli və ya tük tökücü dərmanlarla tük təmizlənməlidir.

Proktolog.az Türkan Gündüzün mövzu ilə bağlı süjetini təqdim edir:

Back To Top