
Diqqət: Bu xəstəliklər zamanı pomidor yemək olmaz!
Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərçəng xəstəliklərindən qoruyur.
Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur. Beləliklə, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz sayılır?
Proktolog.az Sağlamolun.az-a istinadən həmin xəstəliklərin siyahısını təqdim edir:
- Allergiya
İstənilən digər parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor da allergiyaya səbəb ola bilər.
- Öd daşı xəstəliyi
Saglamolun.az bildirir ki, orqanik turşularla zəngin olan pomidor həzm proseslərini yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə ziyan vura bilər.
- Böyrək xəstəlikləri
Pomidor turşəng turşusu ilə zəngin olduğundan bəzi buna meylli olan insanlarda böyrəklərdə daşların əmələ gəlməsinə və böyüməsinə səbəb ola bilər.
- Artrit, podaqra
Bunun səbəbi yenə də turşəng turşusudur. Turşəng turşusu oynaqlarda “duzlar”ın yığılmasına və iltihaba səbəb olur.
- Mədə xorası və qastrit
Turşularla zəngin olan pomidor mədənin divarlarını qıcıqlandıraraq xora və qastritin kəskinləşməsinə səbəb ola bilər.
