Hudoplastika

Hudoplastika əməliyyatı (Vaginal estetika)

23 Dekabr 2020
Dr. Türkan Gündüz

Hudoplastika əməliyyatı nədir?

Hudoplastika genital nahiyədə yer alan klitorisin üzərindəki çıxıntıların, ya da artıq dərinin kəsik üsulu ilə çıxarılması prosesidir. Bütün dünyada olduğu kimi ölkəmizdə də bu əməliyyatın çox tez-tez reallaşdığını görməkdəyik. Çünki klitoris orqanın üzərində olması gərəkəndən daha çox dərilənməsi cinsi həyat komfortunu da mənfi dərəcədə təsirləndirir. Bu hallarda qadınlar cinsi əlaqə zamanı həzz almır və dolayı yolla cinsi istəksizlik kimi əlamətlər ortaya çıxa bilir. İnkişaf edən müasir tibb sahəsinin də yardımı ilə artıq klitoris estetikası çox qısa zaman ərzində həyata keçirilə bilən bir əməliyyatdır və tibbdə hudoplastika adlandırılır. Beləcə qadınların yaşadıqları bu cür problemlərdən asanlıqla yaxa qurtarması mümkündür.

Ümumi olaraq hudoplastika əməliyyatının əsas məqsədi klitoris üzərindəki artıq dərinin çıxarılması olduğunu söyləyə bilərik. Ümumi anesteziya altında reallaşan əməliyyat 18 yaşından böyük olan hər bir qadında icra oluna bilər. Ancaq hamiləlik və əmzirmə dövrlərində bu cür prosedurların aparılmadığını da nəzərinizə çatdırmaq istərdik. Həmçinin bu əməliyyatın aparılması üçün pasiyentin cərrahi əməliyyata maneə olmayacaq hər hansı bir sağlamlıq problemi də olmamalıdır.

Hudoplastika əməliyyatı necə icra olunur?

Əməliyyatın icrası zamanı isə 2 fərqli texnikadan istifadə olunur. Pasiyentin hudoplastika əməliyyatından əvvəl ginekoloji müayinədən keçməsi lazımdır və bu müayinədən sonra hansı üsulun seçiləcək olması həkim tərəfindən müəyyən olunacaqdır. Artıq dərinin çıxarılması üçün mərkəzdən, ya da klitorisin yan hissəsindən kəsik icra olunur. Ardınca artıq olan dəri hissəsi çıxarılır və klitorisə estetik baxımdan daha gözəl bir görünüş verilir. Deformasiya olunmuş dərinin çıxarılması onsuz da daha gözəl bir görünümün qazanılmasına səbəb olur. Daha sonra öz-özünə əriyən tikiş iplərindən istifadə olunaraq əməliyyat tamamlanır.

Pasiyentlərdə klitoris üzərində rast gəlinən dəri miqdarı eyni deyildir. Eyni zamanda deformasiya olunmuş dəri miqdarının da eyni olmadığını bildirmək lazımdır. Bu səbəbdən hudoplastika zamanı nə qədər dəri çıxarılacağı da fərdi amildir. Kimi zaman çox az miqdarda bir dərinin çıxarılması yetərli olarkən bəzi pasiyentlərdə daha çox nisbətdə müdaxilə edilməsi gərəkli ola bilər. Əməliyyatın ardınca klinikada qalmağa da lüzum yoxdur. Pasiyentlər çox zaman eyni gün evə buraxıla bilinirlər. Əməliyyatın icra olunduğu gün anesteziya ilə əlaqədar olaraq bir qədər ürək bulanma və baş ağrısının olması son dərəcə normal haldır.

Hudoplastika emeliyyati

Klitoris nahiyəsindəki deformasiya necə əmələ gəlir?

Klitorisin üzərində qatlanmış, çıxıntılı, sallaq bir dəri görünümünun olmasının səbəbləri son dərəcə müxtəlifdir. Bəzi qadınlarda bu görünüş genetik olaraq doğuşdan rast gəlinə bilər. Bu kimi hallar olduqda 18 yaşı tamam olmuş fərdlərdə cinsi həzz artırıcı estetik əməliyyat icra olun bilir. Təbii doğuş klitoris üzərində qatlanmış dərilərin yaranmasına yol açan bir digər səbəbdir. Sadəcə doğuşa bağlı olaraq ortaya çıxan bu görünüş bəzən tez-tez çəki alıb vermə ilə də ortaya çıxa bilər.

Çəki alıb-vermə halında dəri altındakı yağ toxuması incəlir, ancaq dəridə gərəkli sıxlaşma meydana gəlmədiyindən sallanmış bir görünüm ortaya çıxır. Belə görüntülər xanımları çox narahat etdiyindən klitoris estetikası (hudoplastika) əməliyyatı gərəkli ola bilir. Tək bir seans icra olunan hudoplastika əməliyyatı ilə bu kimi problemlərdən bir dəfəlik azad olmaq mümkündür.

Xalq arasında hudoplastika ilə əlaqəli doğru bilinən bəzi yanlışlar vardır. Məsələn, bu əməliyyat ilə klitorisə müdaxilə edildiyi düşünülür. Halbuki əməliyyat ilə müdaxilə edilən nahiyə klitoris deyil, klitorisin üzərindəki artıq dəridir. Bu dəridəki artıq hissələrin çıxarılması cinsi əlaqə əsnasında penisin klitorisə olan təmasını və sürtünməsini də artırır. Məhz hudoplastika sonrası cinsi əlaqədən alınan həzzin artması da bununla əlaqələndirilir. Yəni düşünülənin əksinə klitorisin kiçildilməsi kimi bir müdaxilə qətiyyən icra olunmur.

Əməliyyat sonrası iz qalırmı?

Xanımlar klitoris estetikası ilə bağlı əməliyyatın iz qalıb-qalmaması ilə bağlı olduqca narahat olurlar. Bildirmək istərdik ki, bu prosedur sonrası heç bir iz qalmır, çünki klitoris üzərindəki dəri qatlanmış bir görünüm formasında görünür. Əməliyyat əsnasında dəri vəziyyətinə bağlı olaraq ola bildiyi qədər izin görünməyəcəyi dərəcədə kəsiklər icra edilir. Bu səbəbdən hudoplastika sonrası izlərin qalması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Hətta patnyorları tərəfindən heç bir şeyin anlaşılmayacağını da bildirmək istərdik. Əməliyyat zamanı öz-özünə əriyən tikiş iplərindən istifadə olunduğu üçün sonradan tikişlərin sökülməsi üçün xəstəxanaya gəlməyə də ehtiyac yoxdur.

Hudoplastika əməliyyatından sonra nələrə diqqət edilməlidir?

Sağlam bir yaxşılaşma dövrünün olması üçün hudoplastika əməliyyatından sonra bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır. Prosedurdan sonra 4 ilə 6 həftə arasında, yəni sağalma prosesi tam başa çatmayana qədər cinsi əlaqəyə girilməməsi lazımdır. Həmçinin gigiyenik qaydalara riayət edilməsi iltihab riskini azaltmaqda çox böyük rol oynayır. Həkim tərəfindən təyin olunan antibiotiklərin vaxtında və düzgün dozada qəbulu da çox önəmlidir. Bununla belə hudoplastika sonrası 1.5 ay boyunca dəniz, hovuz, sauna və hamamlara gedilməsi də qadağalar arasındadır. İş və sosial həyata uzunmüddətli fasilənin verilməsinə də gərək yoxdur. Əməliyyatın ardından bir neçə gün ev istirahəti yetərli ola bilər. Daha sonra iş və sosial həyata geri dönüş mümkündür.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.