Labioplastika emeliyyati

Labioplastika əməliyyatı – Vaginanın daxili dodaqlarının kiçildilməsi

23 Dekabr 2020
Dr. Türkan Gündüz

Labioplastika nədir?

Labioplastika qadın genital orqanının daxili dodaqlarındakı (labium minus) anadangəlmə və ya çox saylı doğumlara bağlı olaraq əmələ gələn sallanmaların estetik cərrahiyyə ilə aradan qaldırılması prosedurunun tibbi adıdır. Labioplastika əməliyyatı bir çox gənc qız və qadının narahatlıqlarını götürən, həmçinin tətbiqi çox rahat olması ilə də üz güldürən bir prosedurdur. Gənc qızlar aybaşı olduqdan sonra daha əvvəl heç bir şikayəti olmayan genital nahiyələrində problemlərlə üzləşə bilərlər. Çox xanımlar genital nahiyənin təbii bakteriya strukturundan əmələ gələn disbalans səbəbilə yaranmış infeksiyalara görə qaşıntı, tez-tez idrara çıxma və ağrıdan şikayət edərlər. Lakin aparılan araşdırmalar göstərmişdir ki, bu tipli şikayətlərin səbəbi həmçinin daxili dodaqların dərilərinin sallanması ola bilir. Belə ki alt paltarının normalda toxunmaması gərəkən nahiyələrə toxunması zamanı toxunulan nahiyələr qıcıqlanır və bunlar da qaşıntı və qıcıqlanmalar yarana bilir. Burada həmçinin psixolojik aspektlər də böyük rol oynayır.

Bu şikayətdən əziyyət çəkən pasiyentlər öz genital orqanlarını görmək belə istəməyə bilirlər. Belə psixolojik hallar cütlüklər arasında müəyyən problemlərə gətirib çıxara bilir. Daxili dodaq estetik əməliyyatı adlandırdığımız Labioplastika məhz bu şikayətlərin həllinə xidmət edir. Bu vəziyyət ümumiyyətlə bir xəstəlik deyil, sadəcə narahatlıq verən anormal bir quruluşdur. Labioplastika bütün cinsi estetik əməliyyatlar arasında ən çox icra olunan prosedurdur.

Daxili dodaq böyüklüyü hər kəsi narahat etməyə bilər. Lakin narahat olan xanımlar da az deyildir. Bəzi həssas xarakterə sahib, özünə çox diqqət edən qadınlarda bu takıntı halına gələ bilər. Narahatlıq halları o qədər arta bilər ki, qadın özündən, həyat yoldaşından, cinsi həyatından və hətta sosial həyatından belə soyuya bilər. Cinsi soyuqluq, orqazmda çətinliklər, partnyorunun yanında soyuna bilməmə kimi hallar ortaya çıxa bilir. Hətta çimərlik geyimləri, bikini, dar şalvar geyinə biləməkdən sosial həyatlarından belə uzaqlaşa bilirlər. Bu həddə çatmasa belə, labioplastika əməliyyatı səviyyəsinə gələcək qədər olan narahatlıqlar bir çoxlarının kompleksinə səbəb olur. Nəticədə hər kəs gözəl və cəlbedici olmaq istər. Bu hiss qadınlarda daha yüksəkdir. Bunun görünməyən bir nahiyə olmasının heç bir önəmi də yoxdur. Ən vacib şey insanın özünü bəyənməsi, özünü gözəl və cəlbedici hiss etməsidir. Labioplastika (daxili dodaq sallanması əməliyyatı) məhz belə şikayətlərin həlli üçündür.

Daxili dodaqlarin kicildilmesi

Labioplastika əməliyyatının ehtiyac olduğu hallar:

  • Daxili dodaqların çox böyük ölçüdə olması
    Daxili dodaqlar xarici dodaqlar ilə örtülməyəcək qədər böyük olması anatomik strukturla bağlıdır. Yəni genetik quruluş ilə əlaqəlidir. Bu həmçinin bizim toplumumuzda da çox yayğın bir hal almışdır. Kiçik dodaqların bayırda olması tez-tez təhriş olmalara və buna bağlı olaraq infeksiyalaşmaya səbəb ola bilir. Əslində bir çox xanım buna lap erkən çağlarından aşikardır. Paltarın üzərindən  hiss olunar qorxusu çəkər və ya dənizə belə getmək istəməzlər.
  • Daxili dodaqların sallanması
    Tez-tez çəki alıb-verən və yaş irəlilədikcə toxuma zəifliyi ilə əlaqədar qadınlarda daxili dodaq sallanmaları görülə bilər. Bu hal genital estetika baxımından xanımları narahat edə bilər. Qaraşın xanımlarda bu sallanmış nahiyə daha tünd rəng alır və stressə belə səbəb ola bilir. Bu zaman labioplastika olduqca şərt halına gəlir. Bəzən doğum sonrası yaralanmalar, qəza nəticəsində yaranan yırtıqlar, başqa forma travmalar da daxili dodaqların sallaq görünməsinə səbəb ola bilər.
  • Kiçik dodaqlar arasında ölçü fərqi
    Dodaqlar arasında ölçü fərqi olduqca sıx rast gəlinən bir haldır. Hətta bir çox insanda onsuz da birə-bir eyni ölçüdə deyildir. Hətta əlavə sallanma da varsa, problem nəinki vizual görünüm, hətta tez-tez təhriş və infeksiyalaşma ilə də davam edir. Doğuş, çəki alıb-vermə bu halı daha da dərinləşdirir. Bəzən şiş və ya keçirilmiş infeksiyalar nəticəsində də daxili dodaqların normadan daha böyük, daha geniş, daha qıvrımlı və şəkilsiz görüntüsü ilə rastlaşa bilərik.

Labioplastika əməliyyatı kimlərə icra olunur?

Bu yerli (lokal) anesteziya ilə 30 dəqiqə içində icra edilən bir prosedurdur. Ancaq həssas xanımlarda, yəni yerli anesteziya ilə özünü rahat hiss edə bilməyən şəxslərdə ümumi anesteziya da tətbiq edilə bilər. Bu zaman isə günboyu xəstəxanada qalmaq şərt ola bilər. Daha uzun bir xəstəxanada yatışa gərək yoxdur. Həmçinin Labioplastika əməliyyatı zamanı əriyən tikişlərdən istifadə olunduğu üçün sonradan tikişlərin sökülməsinə belə ehtiyac olmur.

Əməliyyat dövründə aybaşı olunmamalıdır. Çünki son nəticədə bir cərrahi prosedur üçün infeksiyalaşma əleyhinə bütün tədbirlər nəzərə alınmalıdır. Aybaşı zamanı qanama səbəbindən əməliyyat nahiyəsinin gigiyenası pozula bilər. Labioplastika ümumi anesteziya altında belə icra olunsa, eyni gün içində xəstə evə buraxıla bilər. Tikişlər 10 gün içində öz-özünə düşür. Tualet təmizliyinə diqqət edilməsi kifayətdir. Onsuz da normal halda belə tualet təmizliyi öndən arxaya doğru edilməlidir və Labioplastika sonrası da buna xüsusi diqqət yetirilməlidir.

Həmin gün duş qəbul edilə bilər. Vannada qalmaq 10 gün müddətində qadağandır. Çünki əməliyyat nahiyəsi axar su ilə təmizləndiyi halda, vannada uzun müddət qalmaq həmin nahiyəni nəmləndirdiyi üçün infeksiyaya və gec sağalmağa səbəb olacaqdır. Hamam, hovuz, sauna 15 gün müddətində qadağandır. Bunlar da nəmlənmə səbəbindən infeksiyalaşma və sağalmanın gecikməsinə səbəb ola bilir. Tikişlər sorulana qədər cinsi əlaqə qadağandır.

Labioplastika əməliyyatında qanama riski çox yoxdur. Amma laxtalanma problemi olan bir xəstədən bəhs ediriksə, bu risklər ortaya çıxa bilər. Həkimin bu kimi halları daha yaxşı araşdırması, pasiyentin belə rahatsızlıqları varsa, onu həkimə mütləq söyləməsi gərəklidir. Əməliyyat sonrası aybaşı qanaxmasına bənzər bir qanamanın olması normaldır. Ancaq hədsiz qanamalar zamanı həkimə müraciət olunmalıdır.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.