Mixəyin müalicəvi təsirləri

14 Sentyabr 2019
Dr. Türkan Gündüz

Digər ədviyyatlar kimi mixək də öz ətri ilə xoş duyğular bəxş etməklə yanaşı, həm də müalicəvi təsirlərə malikdir.

Proktolog.az xəbər verir ki, hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək öskürəyin qarşısını alır və ağızdan gələn qoxunun aradan qaldırılmasını təmin edir.

Mixəyin su ilə qarışdırılıb içilməsi bədəndə şişkinliyin azalmasına səbəb olur. Onun dəmləməsi sakitləşdirici təsirə malikdir. Qrip və soyuqdəymə zamanı həmin dəmləmədən içmək boğaz ağrılarını aradan qaldırır. İştahanı artırır, immuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, yaddaşı möhkəmləndirir.

Bir stəkan qaynar suyun içərisinə 9-10 mixək atılaraq 5-6 dəqiqə dəmlənilir və hər səhər həmin çaydan bir stəkan içilir.

Lakin onu da nəzərə almaq lazımdır ki, gözəl dada malik mixək çayının çox içilməsi boğazda qıcıqlanma yarada və bədəndə allergiya yaranmasına səbəb ola bilər.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.