skip to Main Content
Paraproktit Nədir Və Necə Müalicə Olunur? – Həkimdən Açıqlama

Paraproktit nədir və necə müalicə olunur? – Həkimdən açıqlama

Paraproktit anal bölgənin  iltihabı prosesidir.

Bu zaman xəstədə kəskin ağrılar – qızdırma, hərarətin artması , üşütmə-titrəmə kimi hallar baş verir.

Bu sözləri Proktolog.az-a açıqlamasında ümumi cərrah, koloproktoloq Türkan Gündüz bildirib. Onun sözlərinə görə, əgər xəstədə paraproktit varsa, ilkin müayinə zamanı anal bölgədə şişkinlik olduğu görünür:

“Əsas müalicə irinliyin açılması – drenaj və antibiotikoterapiyadır. Bu zaman anusətrafı dəri kəsilir və oradaki irinli möhtəviyyət boşaldılır. Abses boşaldıldıqdan sonra həmin boşluq drenajlanır. Bundan sonra həmin nahiyəyə steril sarğılar qoyulur.

Paraproktitin yaranmasının konkret bir səbəbi yoxdur. Buna bir neçə amil səbəb ola bilər – anal bölgədə anal çat, babasil, yaxud bağırsaq iltihab nəticəsində parapraktit yarana bilər”.

Back To Top