Perianal fistul nədir və necə müalicə olunur? – Video

Proktolog.az ümumi cərrah, koloproktoloq Türkan Gündüzün Perianal fistul barədə qısa açıqlamasını təqdim edir:

Perianal fistul – xroniki anal çatdan, iltihablanmış bağırsaqdan və yaxud babasildən yarana bilər.

Fistul bağırsağın silikli qişasının cırılması, deşilməsi deməkdir. Bu zaman əzələ nahiyəsindən çöl tərəfə bir kanal yaranır.

Həmin perianal fistula ancaq həkim-mütəxəssis tərəfindən diaqnoz qoyulur, xüsusi alətlərlə diranaj edilib yoxlanılır ki, burada fistul kanalı var, yoxsa yox.

Fistulun müalicəsi – yalnız cərrahi yolladır.

Fistulun növləri:

– İntersviktirik;

– Transviktirik;

– Ekstrasviktirik .

Fistulun iki növ cərrahi yolu var:

1 – açıq üsul;

2 – qapalı üsul.

Fistulun növü müəyyən edildikdən sonra hansı cərrahi üsuldan istifadə ediləcəyi barədə qərar verilir.

http://www.youtube.com/watch?v=Js_JzqaxMEk&feature=youtu.be

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.