Qaraciyər üçün ən yaxşı meyvə – Hər gün 2-3 ədəd yeyin!

08 İyul 2019
Dr. Türkan Gündüz

Qaraciyəri yaxşı vəziyyətdə saxlamaq üçün narıncı və qırmızı rəngdə olan meyvələrin istehlakı çox faydalıdır.

Bu meyvələr pektinlərlə zəngindir. Pektinlər orqanizmdə maye ilə birləşdikdə gelə çevrilir ki, bu “gel” pestisid, radionukleid, ağır metalların ionları və s. ziyanlı maddələri orqanizmdən xaric etməyə kömək edir.

Nəticədə orqanizm təbii şəkildə zərərli maddələrdən təmizlənir. Bu isə qaraciyərin fəaliyyətini yüngülləşdirir.

Proktolog.az Sağlamolun.az-a istinadən xəbər verir ki, alimlərin fikrinə görə, bu mənada ən faydalı meyvə ərikdir. Pektinlərlə zəngin olan ərik orqanizmdən toksiki maddələrin xaric edilməsini sürətləndirir. Lakin qaraciyərin sağlamlığı üçün əriyin şirin növlərinə deyil, turşa-şirin növlərinə üstünlük vermək lazımdır.

Alimlər qaraciyərin sağlamlığı üçün hər gün 2-3 iri ərik yeməyi tövsiyə edirlər.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.