
Qarın gərmə (Abdominoplastika) əməliyyatı
Abdominoplastika əməliyyatı nədir?
Cəmiyyət arasında “qarın gərmə” olaraq bilənən abdomioplastika qarının orta və aşağı nahiyəsindəki boşalmış dərinin və yağın götürülməsi və qarın divarı əzələlərinin gərilməsinə səbəb olan bir əməliyyatdır. Bu prosedur xaricə doğru qabaran qarın görünümünü olduqca azaldır. Lakin unutmaq olmaz ki, bu əməliyyat sonrası yara izləri (çapıqlar) qaçınılmazdır. Abdominoplastika əməliyyatı haqqında gərəkli ola biləcək bütün məlumatlar bu dəfəki yazımızda ətraflı qeyd olunmuşdur.
Abdominoplastika əməliyyatı kimlərə tətbiq olunmalıdır?
Ən uyğun qarın gərmə namizədləri qarın nahiyələrində pəhriz və ya idmanla düzəlməyən və bədənə nisbətdə daha çox yağlanması olan və qarın dərisi sallanmasından şikayət edən xanım və bəylərdir. Əməliyyat bir və bir neçə hamiləlik keçirmiş qarın əzələlərinin və dərinin normala dönməsi çətin və ya mümkünsüz görülən qadınlar üçün də faydalıdır. Bu üsulla həmçinin yaşlı xanımların bir qədər kilo alması ilə ortaya çıxan dəri elastikliyinin itirilməsi də düzəldilə bilər.
Aşırı çəki alma planlaşdıran xanımlar bu əməliyyat haqqında düşünməməlidirlər. Həmçinin cərrahiyyə sırasında sıxlaşdırılmış qarın əzələləri hamiləlik boyunca yenidən boşala biləcəkləri üçün hamilə xanımlara abdominoplastika hamiləlikdən sonra məsləhət görülür. Keysəriyyə əməliyyatı istisna olunmaqla, qarında keçirilmiş hər hansı bir digər əməliyyat baş vermişdirsə, qarın gərmə sizin üçün risk yarada bilər.
Abdominoplastika görünüşünüzü gözəlləşdirir, öz güvəninizi artırır, lakin tam ideal formanıza çatmaya da bilərsiniz. Bu səbəbdən əməliyyata qərar verməzdən əvvəl gözləntiləriniz haqqında daha ciddi düşünün və sizi narahat edən məsələlər haqqında həkiminizdən məsləhət almaqdan çəkinməyin.
Qarın gərmə zamanı risklər
Hər il on minlərlə abdominoplastika əməliyyatı uğurla reallaşmaqdadır. Bədən şəkilləndirmə bu iş üzərində ixtisaslaşmış bir professional həkim tərəfindən icra olunduqda olduqca üz güldürən nəticələr əldə olunur. Lakin hər zamanı cərrahiyyə ilə əlaqəli risklər və buna bağlı baş verə biləcək hallar nəzərə alınmalıdır. İnfeksiyalaşma, yara sağalmasında gecikmə, qanama, emboliya ilə bağlı tıxanıqlıq kimi əməliyyat sonrası şikayətlər nadir də olsa rastlana bilinir. İnfeksiyalar drenaj və antibiotiklərlə müalicə olunur, lakin xəstəxanada qalış müddətini uzada bilər. Əməliyyat sonrasında mümkün olduğu qədər qısa müddət ərzində yeriməyə başlayaraq (həkimin məsləhəti ilə) emboliya riskini minimuma endirə bilərsiniz.
Çox ciddi görünən çapıqların yarandığı hallarda ikinci bir əməliyyatın icrasına tələb oluna bilər. Siqaret istifadə edənlərin siqareti tərgitməsi məsləhət olunur, çünki siqaret əməliyyat sonrası şikayətləri daha da artırır və sağalma prosesini gecikdirir. Əməliyyatdan əvvəl və sonrasında fiziki aktivliyə nə zaman və necə başlayacağınızı həkiminiz sizinlə müəyyən edəcəkdir.
Abdominoplastika əməliyyatını planlamaq
İlk müraciətinizdə cərrah səhhətinizi dəyərləndirəcək, qarın nahiyəsindəki yağın paylanmasını və dəri tonusunuzu qiymətləndirəcək. Siqaret istifadə edirsinizsə, dərman və ya vitamin istifadə edirsinizsə, bunlar haqqında mütləq həkiminizə məlumat verin. Əməliyyatdan gözləntiləriniz haqqında mütləq həkiminizə danışın. Həkim tərəfindən sizə risklər və məhdudiyyətlər haqqında tam məlumat veriləcəkdir.
Məsələn, əgər piy toxuması göbəyin aşağısında yığılmışsa, sizə hissəvi abdominoplastika, həmçinin mini qarın gərmə olaraq bilinən daha az qarmaşıq bir prosedur tətbiq oluna bilər. Həmçinin qalça nahiyəsindəki piyləri azaltmaq və daha gözəl görünüm əldə etmək üçün paralel olaraq yağ əmmə (liposaksiya) və ya tam abdominoplastikadan yararlana bilərsiniz. Tək başına liposaksiya əməliyyatı özü də uğurlu nəticələr verə bilməkdədir. Hər ehtimala qarşı bütün halları həkiminizlə məsləhətləşməlisiniz. O sizin bədən quruluşunuza uyğun ən uyğun seçimi məsləhət görəcəkdir.
Qarın gərmə əməliyyatına hazırlıq
Cərrahınız əməliyyatın necə icra olunacağı haqqında sizə məlumat verəcək, yemə və içmə qaydaları, hər hansı dərmanın alınması və məhdudlaşdırılması barədə sizi bilgiləndirəcəkdir. Əgər siqaret istifadə edirsinizsə, ən az 1-2 həftə əvvəl və əməliyyatdan azı 2 həftə sonraya qədər onu məhdudlaşdırmalısınız. Qarın gərmə əməliyyatından əvvəl çox günəş şüaları altında olmaqdan qaçının, xüsusilə qarın nahiyənizi günəşdən qoruyun. Çox ciddi pəhriz etməyin. Hər iki hal sağalma prosesinə təsir edə bilməkdədir. Soyuqdəymə və ya hər hansı bir infeksiya meydana gələrsə, əməliyyat ertələnməlidir. Əməliyyatdan sonra bir neçə gün yanınızda olacaq, sizə yeriməkdə və çölə çıxmaqda kömək edəcək yaxınlarınıza ehtiyac ola biləcəyinizi unutmamalısınız.
Abdominoplastika əməliyyatı necə aparılır?
Abdominoplastika planlanan cərrahi nahiyənin böyüklüyünə bağlı olaraq 2-4 saat ərzində baş verir. Mini proseurlarda bu 1-2 saata qədər azala bilər. Cərrah pubik nahiyənin üstündə bir qalça sümüyündən digərinə doğru uzanan bir kəsik icra edir. Göbəyi ətraf toxumalardan ayırmaq üçün ikinci bir kəsik icra olunur. Mini abdominoplastika zamanı kəsik çox daha qısadır və göbəyin yeri dəyişməz olaraq qalır və yeni pozisiyalar tikilərək gərginləşdirilir. Bu prosedur qarın divarını sıxlaşdırır və bel cizgisini daraldır.
Ardınca dəri parçası aşağıya doğru çəkilir və artıq dəri alınır. Göbək üçün yeni bir dəlik açılır və daha sonra göbək bu hissəyə tikilir. Son olaraq digər kəsiklər tikilir və cərrahi nahiyədə toplanması mümkün olan mayeni müvəqqəti əngəlləmək üçün boru yerləşdirir.
Abdominoplastika əməliyyatı sonrası
İlk bir neçə gün çox güman şiş olacaq və dərmanlarla nəzarət edilən bilən ağrı və narahatlıq hiss edəcəksiniz. Cərrahi əməliyyatın böyüklüyünə bağlı olaraq 1-2 gün sonra evə yazıla bilərsiniz. Sizə duş almaq və sarğıların dəyişdiriməsi ilə bağlı təlimatlar veriləcəkdir. Hər nə qədər də olsa dik durmaqda çətinlik çəksəniz belə, qısa müddət ərzində yeriməyə başlamalısınız. Dəridəki tikişlər 5-7 gün içində sökülür, digər tikişlər isə əriyən olduqları üçün sökülməsi tələb olunmur. Kəsik üzərindəki sağrılara dəstək məqsədi ilə bir müddət karset geyinməlisiniz.
Adətən 2-3 həftə sonra tam normal həyatınıza qayıda bilirsiniz. Dəridəki kəsik izləti 3-6 ay boyunca daha pisə getdiyi kimi görünsə də, əslində bu normaldır. Çapıqların düzləşməsi və rənginin solması 9 ay-1 il çəkəcəkdir. Heç bir zaman tam olaraq ortadan qalxmasa da qarının üstündəki izlər bir çox geyimin altında və hətta bikini də belə görünməzlər.
