Qarının ön divarının sallanmasından necə qurtulmaq olar? – Tanınmış həkim MÜJDƏLİ xəbəri verdi

08 Avqust 2020
Dr. Türkan Gündüz

Avropada və Türkiyədə təhsil almış tanınmış həkim, Ümumi Cərrah-Koloproktoloq Türkan Gündüz ATV tele kanalında yayımlanan “Həkimsən” verilişinin qonağı olub. 

O, açıqlamasında qarının ön divarının sallanması haqqında danışıb.

“Xanımları ən çox narahat edən problem qarının ön divarının sallanmasıdır. Bu problemi qarıngərmə əməliyyatı ilə aradan qaldıra bilərik. Ən çox doğuşdan sonra yaranan qarının ön divarının sallanması problemidir. Bununla bağlı bizə çoxsaylı müraciətlər olur. Biz bunları təbii ki, xanımın artıq çəkilidirsə aparat ilə (piylərin sorulması cihazı) ilk öncə yağların sorulması əməliyyatını icra edirik, 3-6 aydan sonra biz artıq qarıngərmə əməliyyatlarını məsləhət görürük. Təbii ki, bu, çəkili xanım və bəylərə aiddir. Əgər xəstə özü artıq çəkidən azad olubsa və mədəkiçiltmə əməliyyatlarından sonra qarının ön divarı sallanırsa biz bu pasientlərin üzərində qarıngərmə əməliyyatlarını icra edib mükəmməl bir nəticə əldə edirik. Və bununla bağlı qısa müddətli amblator müalicə var. Amblator müalicədən sonra pasientin bizdən ən çox soruşduğu suallar “nə qədər xəstəxanada qalacam, reablitasiya dövrü nə qədərdir?” Mən, tam əminliklə deyə bilərəm ki, bundan qətiyyən narahat olmasınlar. Bizim istifadə etdiyimiz cihazlar ən son cihazlardır. Bizim aparatla əməliyyatlar edəndə həmin gün evə gedə bilərsiniz. Lakin bununla yanaşı qarıngərmə əməliyyatlarında əgər pasient istəyərsə bir gün bizim xəstəxanamızda qalır, və ondan sonra artıq evə yazılır.

Təbii ki, bu proses bir az ağrılı olduğuna görə, hardasa sağalma 3 həftə çəkir. Qətiyyən bu əməliyyatlardan qorxmaq lazım deyil. Çünki bizim istifadə etdiyimiz cihazlar dünya səviyyəli cihazlardır. Hansı ki, ən çox xanımları narahat edən problemlərdəən biri də odur ki, bu alətdən istifadə edəndə dərialtı piylərdə deformasiyalar olur. Belə hallar qətiyyən olmur. Çünki bizim istifadə etdiyimiz lipamatik cihazı ən son texnologiyadır və narahatçılığa səbəb yoxdur. Amma ən çox sevdiyimiz pasientlər kimlərdir. Çəki vermiş xəstələr, hansı ki, qarının ön divarının sallanması var və daha çox çəki verdiyinə görə, onlarda daha çox dəri sallanması olur. Artıq onları abdomroplastika edəndə bədən şəkilləndirmə çox mükəmməl olur. Bundan qorxmaq lazım deyil. Sadəcə vaxtında həkimə müraciət etmək lazımdır. Vaxtında qoyulmuş diaqnoz və vaxtında olunmuş müdaxilə sizi bu problemlərdən azad edəcək”, – deyə T. Gündüz bildirib.

www.proktolog.az

(+994 50) 391 75 75

(+99451) 491 75 75

https://www.instagram.com/dr.turkan_gunduz/

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.