
Qeyri spesifik xoralı kolit nədir? – Video
Proktolog.az ümumi cərrah, protoloq Türkan Gündüzün qeyri spesifik xoralı kolit barədə açıqlamasını təqdim edir:
Qeyri spesifik xoralı kolit bağırsağın iltihabi xəstəliklərindəndir.
Əlamətləri:
Bu cür xəsətələrdə ilk başda qanaxma şikayəti olur ki, bunun nəticəsində də xəstə püskürtməli şəkildə nəcisə gedir, sürətli şəkildə xəstənin çəkisi azalır, halsızlıq, toplum arasında olmaqdan utanmaq problemləri meydana çıxır.
Bəzi xəstələr də var ki, ayaqyoluna gedəndə qan alt paltarlarına dəyməsin deyə, beznən gəzir.
Diaqnoz qoymaq üçün ilk olaraq kolonoskopiya müayinəsi məsləhətdir.
Bu müayinədən sonra həkim-kolonoskopist tərəfindən biopsi alınır və düzgün diaqnoz qoyulur.

Dr. Türkan Gündüz
Ümumi cərrah, proktoloq
Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.