skip to Main Content
Spirtli Içki Və Siqaret Istifadə Edirsizsə, Bu Xəstəlik Mütləq Var – Həkim

Spirtli içki və siqaret istifadə edirsizsə, bu xəstəlik mütləq var – Həkim

Ümumi cərrah, koloproktoloq Türkan Gündüz mədə-bağırsaq problemi, yaranma səbəbləri, müalicə üsulları barədə ona ünvanlanmış suallara aydınlıq gətirib.

Proktolog.az sözügedən müsahibəni təqdim edir:

– Mədə-bağırsaq problemi  necə yaranır?

– Mədə-bağırsaq probleminin tək bir səbəbi yoxdur. Yediyimiz yanlış qidalar (yağlı, istiotlu, duzlu), akoqollu içkilər və s. mədə-bağırsaqda yaranmış bir çox problemlərin səbəbidir. Bu xəstəliklər həm də anadangəlmə ola bilər. Məsələn, uşaq dizbakterioz (bağırsaq florasının müxtəlif səbəblərdən pozulması – red.) keçirə bilər. Bu zaman doğulmuş uşağa xüsusi qidalanma proqramı yazılmasa, yaxud o, xüsusi dərman müalicəsi qəbul etməsə, bu zaman onda müxtəlif mədə-bağırsaq problemləri yarana bilər.

Digər mir misal: Uşaq ana bətnində olarkən, hamilə qadın bir çox lazımsız qidalardan istifadə edərsə, alkoqol qəbul edərsə, təbii ki, mədə-bağırsaqda yaranmış bu problemlər  anadan övladına keçə bilər. Bu proses uşaq doğulduqdan sonra ana südü ilə qidalanma zamanı da baş verir. Yəni, uşaq dünyaya gəlibsə, bu zaman ana yuxarıda sadaladığımız olmazları edibsə, avtomatik olaraq həmin xəstəliklər ana südü ilə övladına keçə bilər. Yəni ana faktoru buarada önəmli rol oynayır.

Ola bilər ki, yeni doğulan uşaq ana südü ilə qidalanmasın. Bu zaman uşağa xüsusi dərman preparatları verilirsə, bu da bağırsağın mikroflorasını poza bilir. Ən çox yeni doğanlarda, yeniyetmələrdə və s. – fərqi yoxdur, antibiotik çox istifadə edilərsə, yaxud da qidalanma rejimi doğru olmazsa, bu zaman bağırsaqda ishal, qanaxmalar ola bilər.

Hətta ənn çox yeni doğanlarda invaginasyon (bağırsağın iç-içə keçməsi red.) problemlər olur . Bu isə əməliyyat vasitəsilə həll olunur.

– Bəzi adamlar alkoqol da qəbul edir, yağlı, duzlu qidalardan istifadə edir amma mədə-bağırsağından heç vaxt şikayət etmir. Bu adamların mədə-bağırsağında həqiqətən problem olmaya bilərmi?

– Bir həkim-mütəxəssis kimi deyə bilərəm ki, alkoqol qəbul edən, acılı-duzlu yeyən, siqaret çəkən hər bir şəxsin orqanizmində mütləq olaraq bir problem var. Sadəcə bu, insanın  immun sisteminə bağlı olan bir şeydir. Burada bədən çəkisi də önəmlidir.  Məsələn, immun sistemi güclü, çəkisi az olan bir insan özünü gümrah hiss edir və heç bir problemi olmadığını düşünür. Yəni onlar çox zaman “sağlamam” deyərək, əslində özlərini aldatmış olurlar. Bu insanları yoxlayan zaman isə əslində bir çox xəstəliklərin olduğunu müşahidə edirik.

– Düzgün edilməyən müalicə və əməliyyat digər xəstəliklərə, ən əsası  xərçəngə səbəb ola bilərmi?

– Hansısa bir problem varsa, bunu vaxtında aşkar etməsən, o zaman bəli, bu, daha çox problemlərə, hətta xərçəngə belə səbəb ola bilər. Buna görə də xəstə ilk olaraq mütləq kolonoskopik müayinədən keçməlidir.  Əlbətdə, bu müayinə üsulu hər xəstəyə tövsiyə olunmur. Burada yaş, çəki, gen faktoru nəzərə alınır. Əgər xəstənin genetik faktorunda – nəsildə eroziya, xora,  xərçəng riski varsa, mütləq həmin şəxsə kolonoskopik müayinə tövsiyə edilir.

Bu yaxınlarda, bir xalq artistimizin qızı babasil əməliyyatı üçün mənə müraciət etmişdi. O zaman mən xəstəyə kolonoskopik müayinə tövsiyə edərkən, anası bunun lazımsız olduğunu və məndən birbaşa əməliyyat etməyimi istəmişdi. Buna baxmayaraq, mən mütləq şəkildə düzgün və vaxtında müdaxilə edərək xəstəni kolonoskopik müayinə etdirdim. Nəticədə xəstədə olan qanaxmanın babasil yox, polip qanaxması olduğunu müəyyən etdik . Yalnız bundan sonra həmin polipi əməliyyat vasitəsilə götürdük və səhv müalicə və əməliyyatın qarşısını almış olduq. Deməli, xəstəyə qoyulan səhv diaqnoz, yanlış edilən müalicə digər xəstəliklərə bir növ qapı açır.

Back To Top