skip to Main Content
Vaginoplastika Kimlərə Lazımdır? – Türkan Gündüzdən Açıqlama

Vaginoplastika kimlərə lazımdır? – Türkan Gündüzdən açıqlama

Ümumi cərrah, koloproktoloq Türkan Gündüz xanımları daha çox narahat edən bir problem- Vaginoplastika barədə suallara aydınlıq gətirib.

Proktolog.az sözügedən qısa sual-cavabı təqdim edir:

– Vaginoplastika kimlərə lazımdır?

Vaginoplastika – uşaqlıq yolunun daralmasıdır. Bu, ən çox təbii doğum etmiş xanımlara, yaxud daha çox hamilə olub, daha çox təbii doğum etmiş xanımlara lazım olan bir əməliyyatdır. Bir sözlə, vaginoplastika uşaqlıq yolu divarının cərrahi yolla formaya salınmasıdır.

– Nədən lazımdır?

– Vaginoplastika əməliyyatına daha çox doğuş travması keçirmiş qadınlar müraciət edir. Belə ki, doğuş zamanı doğuş yollarınn daxili divarı döl tərəfindən dartılaraq, genişlənir, müxtəlif deformasiyalar baş verir.

Nəticədə cinsi əlaqə zamanı xanımlarda böyük narahatçılıqlar yaranır. Belə ki, qadınlarda cinsi hissin azalması və cinsi həzzin zəifləməsi kimi hallar baş verir. Həmçinin bu, cinsi əlaqə zamanı əks cinsin də narazıçılığına səbəb olur.

Ona görə də, tövsiyə edirəm ki, bu problemdən əziyyət çəkən xanımlarımız sonuncu doğuşdan sonra vaginaplastika əməliyyatına müraciət etsinlər.

Vaginoplastikanın köməyi ilə uşaqlıq yolu əzələlərinin tonusunun və uşaqlıq yolunun fizioloji formasını bərpa edərək, cinsi münasibətlərin normallaşmasına nail olmaq mümkündür.

Peşəkar həkim Türkan Gündüz tərəfindən vaginoplastika əməliyyatının icrası üçün: Bakı City Hospital, 050-391-75-75.

Back To Top