skip to Main Content
Türkan Gündüz Bakıda Mühüm Konqresdə – Fotolar

Türkan Gündüz Bakıda mühüm konqresdə – Fotolar

Ümumi cərrah, koloproktoloq Türkan Gündüz bu gün Azərbaycan Tibb Universitetində (ATU) XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresində iştirak edib.

Proktolog.az xəbər verir ki, Səhiyyə nazirinin müavini Elsevər Ağayev və Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin açılış nitqlərindən sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib.

Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu gün Azərbaycan mühüm konfrans, forumların mərkəzinə çevrilib:

“Bu konqres ölkəmizin səhiyyə ictimaiyyəti adına çox mühüm hadisədir. Burada dünyada tanınmış mütəxəssislər iştirak edir. Bu konqreslərin keçirilməsində akademik Böyükkişi Ağayevin böyük rolu var. Şahidiyəm ki, o bu cür mürəkkəb məsələlərə necə ciddi yanaşırdı. Təəssüflər olsun ki bugünkü konqresi Böyükkişi Ağayevsiz keçiririk. Bu konqresin də onun xatirəsinə həsr olunması onun ən böyük haqqıdır”.

Əhliman Əmiraslanov Böyükkişi Ağayevin zəhmətkeş fəaliyyətindən danışıb və konqres iştirakçılarına uğurlar arzulayıb.

Tədbir iştirakçıların Böyükkişi Ağayevin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, konqresdə iştirak üçün Bakıya dünyanın 25 ölkəsindən 150-dən çox mütəxəssis gəlib.

Konqres sentyabrın 14-dək davam edəcək.

Back To Top