skip to Main Content
Türkan Gündüz: “Gözəl Görünmək Və Sağlam Olmaq üçün Yuxu Rejiminə Riayət Etmək Lazımdır” – MÜSAHİBƏ (FOTOLAR)

Türkan Gündüz: “Gözəl görünmək və sağlam olmaq üçün yuxu rejiminə riayət etmək lazımdır” – MÜSAHİBƏ (FOTOLAR)

Buta.ws-in həyata keçirdiyi “Həkimlə-sən” rubrikasının ilk qonağı Ümumi Cərrah-Koloproktoloq Türkan Gündüz gözəl və sağlam qalmağın sirlərini açıqlayıb.

Türkan xanım, sizin gözəl və sağlam qalmağınızın sirri nədir?

Çox ağır iş qrafikim olsa da, deməzdim ki, tez yatıram. Amma yuxu saatlarıma diqqət edirəm. Çalışıram ki, həftə sonları özümə daha çox vaxt ayırım. Həftə sonlarında idmanla məşğul oluram, yuxu saatlarıma çox diqqət edirəm.

Xanımlarımız sizin kimi sağlam və gözəl görünmək üçün nələr etməlidirlər?

Təbii ki, hər bir insan sağlam yaşam tərzi üçün sağlam qidalanmalı, idmanla məşğul olmalıdır. Amma insan öz şüuru altına nəyin zərərli, nəyin faydalı olduğunu yerləşdirdik də, buna uyğun hərəkət etməyə başlayır.

Məsələn: İndiki zəmanəmizdə bəzi xanımlarımızın zərərli alışqanlıqları (siqaretdən istifadə, spirtli içkilər) qəbul etmələri, gec yatmaqları dərinin tez qocalmasına, daxili orqanların daha tez xəstələnməyinə gətirib çıxarır.

Bildiyimiz kimi (siqaretdən istifadə) “bronxial astma” “xroniki bronxit” və”xərçəng” xəstəliklərinə qədər gətirib çıxarır. Bir həkim olaraq öz subiyektiv fikrimi bildirmək istəyirəm ki, mən xanımlarımızın (siqaret və alkoldan) istifadə etməklərinə qətiyyən pis baxmıram. Bu mənim şəxsi fikrimdir.

Siz öz sahəniz üzrə pasientlərinizə necə yardımçı olursuz?



Ümumi Cərrah və Koloproktoloq olduğuma görə, hər cür xəstəliklə bağlı müraciət edirlər. Məsələn: daxili orqanların xəstəlikləri, öd kisəsi, qaraciyər xəstəlikləri, mədə xoraları, mədə yırtıqları, bağırsaq qəbizliyi, bağırsaq qanaxması, ishallar və eyni zamanda plastik əməliyyatla bağlı qarının sallanması, göz qapağlarının sallanması, hər hansı bir nahiyənin liposaksiyası, hətta hemoroidlə bağlı çox müraciətlər olur. Biz hər pasientimizə özəl yanaşırıq və oların problemlərinə uyğun hərəkət edirik. Azərbaycanda ilk dəfə mən  hemoroidi lazer üsulu ilə icra etdiyimə görə, bu üsulu öz doğma diyarımızda tanıtmaq qərarına gəldik. Pasientlərimiz hemoroidin lazer üsulu ilə olmasının daha çox tərəfdarı oldula. Çünki haqlı olduqlarına görə, burada açıq əməliyyatla, qapalı əməliyyat arasında çox fərq olduğu üçün ağrı fərqi, reabiltasya dövrünün, tez bərpa zamanın fərqi var. Yəni daha tez və sürətli bərpa olurlar. Dediyim kimi hər problemə özəl yanaşırıq. Hər bir problemi aradan qaldırmaq üçün canla-başla öz pasientlərimizə və izləyicilərimizə, yardım etməyə hazırıq.

Türkan xanım öz sahənizdən razısınız?

Təbii ki, öz sahəmdən çox razıyam. Qürur verici və məsuliyyətli bir sahəm var. Azacıq olsa da öz sahəmdə sözünü demiş bir cərraham.

Gələcəkdə işinin peşəkarı olan bir həkim kimi yeniliklərə imza atacağınızı düşünürsüz?

Atacağımı düşünmürəm, atacağıma əminəm! Onsuz da yeniliklərə imza atıram. Azərbaycanda ilk dəfə lazer üsulunu da, mən gətirmişəm. Buna görə “Sertifikatla”təltif olunmuşam. Məncə hər bir insan hər zaman uğur əldə etmək istəyirsə, böyük məqsədlər qoymalıdır qarşısına. Əziyyət çəkməlidir. Həyatın mənası da bundadır.

Şəfa Nəsibova

Back To Top