
Vaginoplastika əməliyyatı nədir, kimlərə edilməlidir?
Vaginoplastika nədir?
Vaginoplastika vagina daraltmaq üçün vagina divarına icra edilən cərrahi bir prosedurdur. Qadınlarda vagina daxili və xarici dodaqlar, həmçinin klitoris baxımından bəzi fərqliliklər göstərməkdədir. Bu dəyişikliklərin qabağını almaq və onu əvvəlki düzgün formasına qaytara bilmək üçün vaginoplastika əməliyyatı tərcih olunur. Bu prosedur qadınların cinsi həyatına çox böyük ölçüdə təsir edə bilir. Beləki genişlənmiş vagina cinsi əlaqə zamanı nəinki qadınlara, həmçinin əks cinslər baxımından da neqativ təsirlər aşılayır.
Estetik ginekologiya xüsusilə son 10 ildə bütün dünyada olduqca diqqət görən sahələrdən birinə çevrilmişdir. Lazer texnologiyasının Ginekologiyada istifadə olunması artıq qadın problemlərinin kəsiksiz və qısa müddət ərzində aradan qaldırılması baxımından olduqca müsbət geri dönüşlərə səbəb olmuşdur. Yaşı irəliləmiş, çətin doğuş keçirmiş və ya çox sayda doğum edən qadınların vaginlarında genişlənmə görülə bilər. Normal doğum əsnasında doğulacaq körpənin ölçülərinə uyğun olaraq vagina boşalır və genişlənir. Yəni doğuşdan sonra vagina əvvəlki vəziyyətinə qayıtmış olsa da, əvvəlki sıxlıq və darlığa malik ola bilmir. Belə hallar bəzi qadınlar üçün özünəinamı itirməyə və psixoloji problemlərə gətirib çıxara bilir.
Vagina niyə genişlənir?
Vagina bağ aparatı və əzələ toxumasından ibarət strukturdadır. Bağ aparatının əsas kompanentləri isə kollagenlərdir. Yaş irəlilədikcə, təbii doğuşlar, hamiləlik, abort və bu kimi oxşar müdaxilələr səbəbindən bağ aparatında və əzələ toxumasında dəyişikliklər baş verir və vaginada genişlənmələr meydana çıxır. Bəzən heç bir doğum keçirməmiş qadınlarda da genişlənməyə rast gəlinir ki, bu da irsi faktorla bağlı olaraq anadangəlmə bağ aparatının elastikliyi ilə əlaqələndirilir. Günümüzdə yeni cərrahi prosedurlar ilə bu kimi problemlər çox asanlıqla arada qaldırıla bilinir. Plastik cərrahiyyə artıq o qədər inkişaf etmişdir ki, qadınlar artıq bütün kompleks və problemlərdən asanlıqla yaxa qurtara və daha gözəl görünümə sahib çıxa bilərlər.
Vaginoplastika kimlərə edilməlidir və necə icra olunur?
Yetişkinliyə çatışmış hər yaşdan qadına heç bir risk olmadan bu əməliyyat təyin oluna bilər. Bu əməliyyat şərtlər nəzərə alınmaqla və istəyə bağlı olaraq həm yerli, həm də ümumi anesteziya altında icra oluna bilər. Tətbiq olunacaq anesteziya üsulu nahiyəyə və pasiyentə uyğun olaraq fərqlilik göstərə bilər. Bu prosedur 1 ilə 2 saat arasında çəkə bilməkdədir və əməliyyat əsnasında artıq olan vaginal dəri çıxarılır və altda qalan toxuma sıxlaşdırılır. Vaginoplastika zamanı qarında hər hansı bir kəsik icra edilmir, yalnızca vagina nahiyəsində prosedur icra olunur. Vaginanın girişi 3-4 sm daraldılır və ardınca tikiş atılır. Bu tikişlər isə əriyən tikişlərdir.
Nə üçün bu əməliyyat icra olunur?
- Cinsi həyatı yaxşılaşdırmaq
- Cinsi əlaqə zamanı meydana gələn səsləri yox etmək
- Sidik kisəsi və bağırsaq sallanmalarının qarşısını almaq
- Doğuş izlərinin və ağrılı cinsi əlaqənin aradan qaldırılması
- Vagina əməliyyatlarından sonrakı izlərin silinməsi
- Özünə inamın artırılması
Vaginoplastika əməliyyatı sonrası
Prosedur yekunlaşdıqdan sonra qanama riski nəzərə alınmaqla pasiyent 1-2 saat həkim nəzarəti altında saxlanılır. Daha sonra isə pasiyent çox rahat bir formada evə yazıla və iş həyatına dönə bilir. Qısaca uzun müddət xəstəxanada qalmağa belə gərək yoxdur. Yaxşılaşma müddəti insana görə dəyişiklik göstərə bilir. Beləki ən gec 3 həftə içində pasiyent tam normala dönür. Bu müddət ərzində mütləq həkimin dediklərinə əməl olunmalı və gigiyenik qaydalara tam riayət edilməlidir. Ümumilikdə isə əməliyyatdan sonra çox şiddətli ağrılar olmamaqdadır.
Vaginoplastika sonrası ağrılar və tikişlər
Vagina platikasında ağrı və sancılar olduqda bu hal həkimə bildirilməli və bu istiqamətdə müalicə davam olunmalıdır. Yəni həkim məsləhəti olmadan heç bir dərman qətiyyən istifadə edilməməlidir. Prosedur zamanı adətən öz-özünə əriyən saplar istifadə olunduğu üçün bir müddət sonra tikişlərin sökülməsinə belə heç bir ehtiyac yoxdur. Tikişlər müəyyən zaman sonra öz-özünə əriməkdə və yox olmaqdadırlar.
Əməliyyatdan sonra iz qalırmı?
Bu əməliyyat haqqında düşünən xanımların ən maraqlandığı məqamlardan biri də tikiş qalıb-qalmamağıdır. Vaginoplastika əməliyyatı keçirən qadınlarda heç bir iz qalmır və hətta əməliyyat olunduğu belə bilinməməkdədir. Bu haqda ciddi narahatlıq keçirən xanımlar tamamilə bu şübhələrdən özlərini qurtarmalıdırlar. Prosedur sonrası təxminən 10 gün xırda ləkə şəkilli qanamalar görülə bilər. 10 gündən sonra isə heç bir şikayət görülməməkdədir. Həmçinin bu əməliyyatda infeksiya, qanaxma və ödem kimi risklər xaricində çox böyük risklərə rast gəlinmir. Belə kiçik risklərin qarşısını almaq üçün isə pasiyentlər son dərəcə diqqətli olmalı, həkim təlimatlarını yerinə yetirməli və əməliyyat sonrası bol-bol istirahət etməlidirlər. Əks halda ödemlər və infeksiya görülə bilər.
Vaginoplastika sonrası cinsi əlaqə və doğuş
Əməliyyatdan təqribən 4-6 həftə sonra pasiyent cinsi həyatına qayıda bilər. Əməliyyatdan sonra xanım hamilə qalarsa, normal hallarda təbii doğuş məsləhət görülməməkdədir, çünki təbii doğuş yenidən vagina darlığını pozaraq genişlənmələrə səbəb olacaqdır. Lakin bu hallar qadının öz şəxsi istəyinə uyğun olaraq dəyərləndirilməlidir.
