Vaxtından tez qocalmanın əsas səbəbi bu imiş – Şok

27 Avqust 2019
Dr. Türkan Gündüz

Alimlər sübut edib: qadın xroniki stress vəziyyətində yaşayırsa, onun orqanizmi fizioloji göstəricilərə görə həyatında stressi az olan qadından 10 yaş daha yaşlı olacaq.

Proktolog.az Sağlamolun.az-a istinadən xəbər verir ki, araşdırma zamanı ağır xəstə uşaqları olan qadınların orqanizmində gedən proseslər araşdırılıb. Məlum olub ki, xroniki stress vəziyyətində yaşayan bu qadınlarda hüceyrə səviyyəsində gedən qocalma prosesləri daha sürətli idi.

Nyukasl Universiteti (Böyük Britaniya) alimləri aşkar ediblər ki, xroniki stress xromosom strukturlarına təsir edir, hüceyrələri “sındırır”.

Bunun səbəbini alimlər hormonların təsirində görür. Stress zamanı orqanizm xüsusi stress-hormonları (kortizol, adrenalin, noradrenalin) ifraz edir. Bu hormonların təsiri qısamüddətli olarsa, orqanizmdə ciddi dəyişikliklər baş vermir. Lakin uzun müddət ərzində orqanizmdə yüksək səviyyədə olan stress-hormonları hüceyrələrin nüvəsini sındıra və onun genomuna təsir edə bilir.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.