Yaşıl lobyanın misilsiz faydaları

22 Avqust 2019
Dr. Türkan Gündüz

Ən faydalı tərəvəzlərdən biri olan lobya orqanizmə güclü müalicəvi və profilaktik təsir edir.

Proktolog.az Sağlamolun.az-a istinadən lobyanın əsas faydaları ilə sizi tanış edir:

– Qidalı liflərlə zəngin olan lobya orqanizmdə xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlikləri, infarkt və insultun riskini azaldır.

– Həmçinin lobya qidalı liflərin sayəsində qəbizliyin qarşısını alır. Həll olunmayan qidalı liflər bağırsaqlarda özünə mayeni hopduraraq şişir və bu da bağırsaqların daha tez və rahat boşalmasını təmin edir.

– Qidalı liflər izoflavon maddələri ilə birlikdə bağırsaqların mikroflorasını daha sağlam edir və bununla həm həzm proseslərini yaxşılaşdırır, həm də immun sistemini möhkəmləndirir.

– Lobya arterial təzyiqi salmağa kömək edir. Bunun səbəbi lobyada olan kalium və maqnezium maddələridir.

– Fol turşusu ilə zəngin olan lobya qanazlığı zamanı da faydalıdır.

– Lobyanın istehlakı orqanizmdə kollagen zülallarının istehsalını artırır. Kollagen dərini daha cavn və dartılmış edir.

– Lobya arıqlamağa yardım edir. Bu səbəbdən bir çox diyetoloqlar bişmiş lobyanı pəhrizlərə daxil edirlər.

– Lobya orqanizmi təbii olaraq ziyanlı maddələrdən, selikdən, toksinlərdən təmizləyir.

Dr. Türkan Gündüz

Dr. Türkan Gündüz

Ümumi cərrah, proktoloq

Həkimlə əlaqə saxlamaq üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng edib məlumat əldə edə bilərsiniz.